III ixtisas qrupu üzrə heç bir subbakalavr dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, bu qrup üzrə 35 kollec məzunu ödənişli əsaslarla universitetlərə daxil olsa da, ödənişsiz əsaslarla heç kim qəbul olunmayıb.
I ixtisas qrupu üzrə 445, II qrup üzrə 118, IV qrup üzrə 58, V qrup üzrə isə 11 subbakalavr ali məktəblərə dövlət sifarişi əsasında daxil olub.
Xatırladaq ki, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480* (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.