Azedu.az

Kolleclərə müsabiqə şərtləri və fənlər üzrə tələb olunan ballar

Kolleclər

25 Avqust 2019, 10:10
Kolleclərə müsabiqə şərtləri və fənlər üzrə tələb olunan ballar

2019-cu ildə keçirilən buraxılış və qəbul imtahanları yekunlaşıb.

Redaksiyamıza ən çox daxil olan suallardan biri II turda kolleclərə müsabiqə şərtləri və fənlər üzrə qoyulan nisbi bal tələbinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə şərtlərində heç bir dəyişiklik edilməyəcək.

AzEdu.az çoxsaylı istəkləri nəzərə alaraq Dövlət İmtahan Mərkəzinin saytına istinadən 9 və 11 illik bazada kolleclərə müsabiqə şərtlərini və fənlər üzrə qoyulan nisbi bal tələblərini təqdim edir:

9 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

11 illik bazada ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər iştirak edə bilər.

Zelenskidən açıqlama - İstefa verməyə hazıram!
Son xəbərlərDaha çox