Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bugündən start götürüb.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentlər "dim.gov.az" saytına daxil olmaqla ixtisas seçiminə qatıla bilərlər.
İxtisas seçimi 19 avqusta qədər davam edəcək.