2019-cu ildə keçirilən qəbul imtahanları başa çatıb.
Abituriyentləri hazırda ən çox maraqlandıran məsələlərdən biri ali məktəblərə və kolleclərə ixtisas seçiminin tarixləri ilə bağlıdır.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, I-IV qruplar üzrə ali məktəblərə ixtisas seçimi 24 iyul - 6 avqust tarixlərində aparılacaq.
9 illik bazadan kolleclərə qəbul olunmaq istəyənlər 24 iyul–5 avqust, 11 illik bazadan qəbul olmaq istəyənlər isə 15 – 19 avqust tarixlərində ixtisas seçimi edə biləcəklər.