Azedu.az

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təqdimat

Kolleclər

29 May 2019, 20:52
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təqdimat

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Qeyri-Hökumət Təşkilatının (QHT) Resurs Təlim Mərkəzinin dəstəyi ilə e-vətəndaş proqramının təqdimatı keçirilib.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, tədbirin təşkilində əsas məqsəd tələbələrin elektron sistemlərdən düzgün istifadəsi və cəmiyyətdə baş verən yeniliklərə qoşulmasının əhəmiyyətini vurğulamaq olub.

 

Mərkəzin direktoru Azad Məmmədov çıxışında e-vətəndaş proqramının mühüm yenilik olduğunu bildirib və tələbələri QHT layihələrinin qiymətləndirilməsi prosesində fəal olmağa çağırıb.

 

Tədbir iştirakçılarna Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin fəaliyyəti barədə geniş məlumat verilib. Toplantıda e-vətəndaş xidmətindən istifadə qaydalarından bəhs edən təlimat xarakterli videoçarx nümayiş etdirilib.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox