Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.
Sonuncu məlumata görə, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc qız orada keçinib.
Qəzaya düşənlərin əsasən Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.
Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Xəlilov AzEdu-yaaçıqlamasında bildirib ki, hazırda yaralıların heç birinin vəziyyəti ağır deyil.
“Xəstələrə ilkin müdaxilə göstərdik.Heç birinin vəziyyəti ağır olaraq qiymətləndirilmir.Xəstəxanaya gələnlərdən biri rəhmətə gedib, digər şəxs isə, təkərlərin altında qalaraq, dünyasını dəyişib.O, azyaşlı olub.
İki nəfərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.Digərlərinin vəziyyəti isə kafidir
Yaralı tələbələrin çoxu Mingəçevir şəhərində oxuyanlardır.
Onların əksəriyyətinin şəxsiyyət vəsiqələri üzərlərində olmadığı üçün kim olduqlarınımüəyyənləşdirməkdə çətinlik çəkdik”.
Şükufə Süleymanlı