Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasında dəyişiklik edilib.
Yeni qərara əsasən akademik məzuniyyət götürən magistr, tələbə və doktorantlara cari tədris ilinin təqaüdü veriləcək, lakin bunu məzuniyyət müddətində ala bilməyəcəklər. Təqaüd onlara yalnız, imtahan sessiyasının nəticələrinə uyğun şəkildə veriləcək.
AzEdu.az məsələ ilə bağlı millət vəkili, professor Fəzail İbrahimlinin fikirlərini öyrənib.
O, bu addımın tələbələrin ziyanına olduğunu bildirib:
“Təsəvvür edin, haradasa işləyirsiz amma, maaş ala bilmirsiz. Bu insana necə təsir edirsə, həmin qərar da tələbəyə eyni şəkildə təsir edəcək. Belə qərar tələbəyə ziyandan başqa nəsə verə bilməz. Ona görə də qarşısı tezliklə alınmalıdır”.
Şükufə Süleymanlı