Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib.
O deyib ki, qanun layihəsi Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir. “Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində yazılır:
Peşə təhsili müəssisələrinin növləri bunlardır:
Qaydaya əsasən, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir. Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir: Peşə məktəblərində:
Qanun layihəsinin 12-ci (Peşə təhsili müəssisəsinin təsisçisi) maddəsində qeyd edilib ki, peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
Peşə təhsili müəssisəsini təsis etmək üçün aşağıdakı qeyd olunan şərtlər təmin edilməlidir:
Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan peşə təhsili müəssisəsinin işçi heyətinin (pedaqoji işçi heyəti istisna olmaqla) yarıdan çoxunu Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. “Peşə təhsili haqqında” qanun layihəsində peşə təhsili müəssisəsinin maliyyə mənbələri də müəyyən olunub. Qanunun 22-ci (Peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi) maddəsində qeyd olunub: Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
Bələdiyyə və özəl peşə təhsili müəssisələri:
Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir. Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
Peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər. Bundan başqa, qanun qəbul olunarsa, Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək.
Qanun layihəsinin 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir: “Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.
Layihəyə əsasən, peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi nəzərdə tutulub. Qanun layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.