Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bu günə kimi 23932 nəfər imtahanda iştirak edib.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzin məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak edən sürücülərdə 21750 nəfəri uğur qazanıb:
"İmtahanda uğur qazanan sürücülərə şəhadətnamələr təqdim edilib".
Qeyd edək ki, ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir. (Mənbə: Trend)