Azedu.az

Abituriyentlər açıq suallardan əziyyət çəkir -“Test sisteminə alışıblar”

İmtahanlar

Təhsil ekspertləri

9 Oktyabr 2025, 15:54
Abituriyentlər açıq suallardan əziyyət çəkir -“Test sisteminə alışıblar”

Bəzi ölkələrdə imtahan sualları tamamilə situasiyaya əsaslanan açıq yazılı suallardan ibarət olur. Azərbaycanda isə abituriyentlərin ən çox çətinlik çəkdiyi və bal itirdiyi hissə məhz bu tip suallardır. Çoxları düşünür ki, bunun səbəbi test sisteminin mənfi tərəfləridir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlama verib:

“Əvvəllər imtahan sualları əsasən test tipli və ya açıq yazılı suallardan ibarət olurdu. Təəssüf ki, 2019-cu ildən etibarən tətbiq edilən qərardan sonra tələbələr daha çox açıq yazılı suallardan əziyyət çəkir və ya onları cavablandırmaqdan çəkinir.

Artıq 2019-cu ildən bəri 6 il keçib və bu müddət ərzində imtahanlarda tələbələrin əldə etdiyi maksimal nəticələr toplamlarda mühüm yer tutur. Bu səbəbdən düşünürəm ki, tələbələrin bu tip suallarla daha çox məşğul olmaları, yəni açıq yazılı suallara alışmaları vacibdir.

Başqa sözlə, nə qədər çox test tapşırıqları işləsələr, özlərini bu istiqamətdə bir o qədər inkişaf etdirə bilərlər. Qeyd etmək istəyirəm ki, bunu test sisteminin mənfi tərəfi kimi qiymətləndirmək düzgün deyil. Əksinə, bu, tələbənin özünü ifadə etməsi, mövzu ilə bağlı bilik və bacarıqlarını tətbiq etməsi baxımından vacibdir.

Tələbələr hazırda əsasən qapalı tipli testlərlə işləyirlər və nəticə etibarilə bu sistemə alışıqdırlar. Bu, əzbərçilik sistemi kimi işləyir. Amma açıq yazılı tipli suallar və ya situasiya testləri tələb edir ki, tələbə öz bilik və bacarıqlarını dəqiq şəkildə, verilən mövzu və sual əsasında ifadə etsin”.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox