Azedu.az

DİM: İxtisas seçiminin nəticələri bu səbəbdən GECİKƏCƏK - YENİLƏNİB

İmtahanlar

21 Avqust 2025, 14:08
DİM: İxtisas seçiminin nəticələri bu səbəbdən GECİKƏCƏK - YENİLƏNİB

Qeyri-rəsmi mənbələrə görə, ixtisas seçiminin nəticələrinin bu gün açıqlanacağı bildirilir.

AzEdu.az-ın sorğusuna DİM-dən verilən cavaba əsasən,hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti,  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir:

"Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur",- deyə DİM-dən qeyd edilib.

09:50

Sosial şəbəkələrdə abituriyentlər ixtisas seçiminin nəticələrinin açıqlanması ilə bağlı kütləvi şəkildə suallar ünvanlayırlar. Bəzi qeyri-rəsmi mənbələr nəticələrin bu gün elan olunacağı barədə məlumat yayıb.

Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu göndərib.

DİM-dən verilən cavabda bildirilib ki, nəticələrin açıqlanması ilə bağlı hələlik dəqiq tarix müəyyən edilməyib:

“Həmçinin, 11 illik bazada kolleclərə ixtisas seçimi ali məktəblərə qəbulun nəticələri elan olunduqdan sonra başlayacaq”.

Qeyd edək ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi zamanı 86 468 abituriyent ərizəsini təsdiqləyib.

Qruplar üzrə göstəricilər belədir:

- I qrup üzrə Azərbaycan bölməsində 22210, rus bölməsində 1710 olmaqla ümumilikdə 23920 ərizə təqdim olunub.

- II qrup üzrə Azərbaycan bölməsində 17684, rus bölməsində 1359 olmaqla ümumilikdə 19043 ərizə daxil olub.

- III qrup üzrə Azərbaycan bölməsində 22134, rus bölməsində 2284 olmaqla ümumilikdə 24418 ərizə qeydə alınıb.

- IV qrup üzrə Azərbaycan bölməsində 6320, rus bölməsində 647 olmaqla ümumilikdə 6967 ərizə təqdim edilib.

- V qrup üzrə Azərbaycan bölməsində 14351, rus bölməsində 2167 olmaqla ümumilikdə 16518 ərizə təqdim edilib.

Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum
Son xəbərlərDaha çox