Azedu.az

Özünə güvən, yoxsa arxayınlıq? - Aşağı nəticələrin əsl SƏBƏBİ

İmtahanlar

Şagirdlər

28 İyul 2025, 10:45
Özünə güvən, yoxsa arxayınlıq? - Aşağı nəticələrin əsl SƏBƏBİ

Müşahidələr əsasında görürük ki, bir çox valideyn və müəllimlər tərəfindən uzun müddətdir müzakirə olunan əsas problemlərdən biri də budur: övladlarının və ya şagirdlərinin uzun müddət sistemli şəkildə hazırlaşmalarına baxmayaraq qəbul imtahanlarında gözlənilən nəticəni göstərə bilməməsi. Uşağın saatlarla dərs oxuması, kurslara qatılması, test banklarını ardıcıl olaraq işləməsi və ümumilikdə ciddi səy göstərməsi valideynlərdə haqlı olaraq yüksək gözləntilər yaradır.

Lakin nəticə aşağı olduqda, bu hal təkcə abituriyentlərdə deyil, eyni zamanda onların ailələrində də məyusluq və narahatlıq doğurur.

Maraqlıdır, bəs sistemli olaraq oxuyan savadlı abituriyentlərin qəbul imatahanlarında aşağı bal toplamasının səbəbləri nədən irəli gəlir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib qeyd edib ki, abituriyentlər imtahana gedərkən özlərindən çox əmin olurlar, hər şeyi bildiklərini zənn edirlər, bu isə yaxşı nəticə vermir:

“Ali təhsil müəssisələrinə qəbulun 1-ci şans imtahanından sonra insanları ən çox düşündürən suallardan biri də abituriyentlərin bildiklərini yaza bilməməsidir. Ən vacib məsələ odur ki, abituriyentlərin çoxu imtahana gedəndə elə fikirləşir ki, hər şeyi bilirlər. Arxayın olurlar və imtahana çox rahat şəkildə gedirlər. Suallarla tanış olduqdan sonra isə görürlər ki, heç də düşündükləri kimi deyil. Uzun illərdir müşahidələrim əsasında deyə bilərəm ki, abituriyentlər 2-ci cəhdə daha ciddi hazırlaşırlar.

Birinci şans imtahanına gedirlər, çətinlikləri və sual tiplərinin necə olduğunu görürlər. Onlara aydın olur ki, imtahan vermək heç də düşündükləri kimi asan deyil. Bəziləri ona görə yaxşı bildiklərini fikirləşib az bal toplayırlar. Həmçinin, imtahanların 2 cəhd olması da onlara rahatlıq hissi verir. Bəlkə də, sözügedən proses 1 dəfə olsa, abituriyentlər daha ciddi hazırlaşar. Onlar birinci cəhdi sınaq kimi nəzərdə tuturlar".

Ekspert vurğulayıb ki, DİM-in tərtib etdiyi suallarda heç bir problem yoxdur: “Hər il bu tərtibat getdikcə təkmilləşir. Avropa təhsil sisteminə uyğunlaşmağa çalışır. Bu, müsbətdir. Yenə də qeyd edim ki, zəif nəticələr şagirlərin psixoloji vəziyyəti ilə əlaqədardır. Onlar arxayın şəkildə imtahana girir və sonda heç də asan olmadığını görürlər".

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox