Rusiyanın aparıcı proqram təminatı şirkətləri məktəb imtahanlarında xarici proqram təminatlarının istifadəsinin qadağan edilməsi siyasətinə uyğun olaraq, Microsoft Windows əməliyyat sisteminin də imtahanlarda istifadəsinin qadağan edilməsini təklif ediblər.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, bu təşəbbüs yerli proqram təminatlarının təşviqinə və ölkənin texnoloji müstəqilliyinin artırılmasına yönəlib. Təklifin həyata keçməsi ilə Rusiyanın təhsil sistemi daha çox milli proqram təminatı bazasına keçəcək və xarici texnologiyalardan asılılıq azalacaq.