Azedu.az

Naxçıvanda Fizika - Riyaziyyat Təmayyülü liseylərinə qəbul imtahanı keçirilib

İmtahanlar

25 İyun 2025, 15:54
Naxçıvanda Fizika - Riyaziyyat Təmayyülü liseylərinə qəbul imtahanı keçirilib

Bu gün Naxçıvan Qızlar və Şərur Şəhər Fizika -Riyaziyyat Təmayyülü liseylərinə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 25-də 2025-2026-cı tədris ili üçün Naxçıvan Qızlar və  Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib.

İmtahanlarda VI və VII sinifləri bitirən şagirdlər iştirak edib.Naxçıvan Qızlar Liseyində keçirilən imtahanda 63, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən qəbul imtahanında isə 234 şagird imtahan verib. 

İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 60 sual  təqdim olunub və 150 dəqiqə vaxt ayrılıb.

Məlumat üçün bildirək ki, liseylərə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.

İmtahan nəticələri iyulun 9-dan etibarən şagirdlərin elektron yerdəyişmə portalında (sy.edu.az) yerləşdiriləcək.

Qeyd edək ki, ötən tədris ilindən  muxtar respublikada  liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox