Azedu.az

MİQ imtahanı iyulda keçiriləcək

İmtahanlar

Sertifikasiya

24 İyun 2025, 12:00
MİQ imtahanı iyulda keçiriləcək

Sertifikasiya prosesi bitəndən sonra şikayətlərə baxılıb təhlillər aparılacaq.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Elm və Təhsil Nazirliyi yaxın vaxtlarda müəllimlərin işə qəbul (MİQ) imtahanlarının dəqiq tarixini açıqlayacaq.

Nazirlikdən bildirilib ki, ümumilikdə MİQ imtahanlarının iyul ayında keçirilməsi planlaşdırılır.

Nazir müəllimləri səbrli olmağa çağıraraq əlavə edib ki, sertifikasiyanın nəticələri ilə bağlı daxil olan müraciətlər diqqətlə araşdırılacaq və təhlillər aparılacaq. Əgər təhlillər zamanı fərqlər aşkar olunarsa, müvafiq qərarlar qəbul ediləcək.

SENSASİYA- İsrail İranla müharibəni uduzdu
Son xəbərlərDaha çox