Azedu.az

I qrup üzrə ən çox bal toplayan ŞAGİRD: Xaricdə oxumaq istəyirdim...

İmtahanlar

19 İyun 2025, 10:40
I qrup üzrə ən çox bal toplayan ŞAGİRD: Xaricdə oxumaq istəyirdim...

Xəbər verdiyimiz kimi, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər toplayıb.

 

Onlardan biri də Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğludur.

 

 Həmçinin Alı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

 

AzEdu.az Alı ilə əlaqə saxlayb təəssüratlarını öyrənib.

 

Onun sözlərinə görə 400 bal toplaması o qədər də sürpriz olmayıb:

 

"400 bal toplamaq gözləntim var idi. Sevincimi əvvəlcə ailəmlə, sonra dostlarımla bölüşdüm. Yəni bu nəticə mənim üçün tam sürpriz olmadı. İT - informasiya texnologiyaları üzrə təhsil almaq istəyirəm. Hələlik hansı ali məktəbi seçəcəyimi dəqiq bilmirəm, amma böyük ehtimalla ADA universitetini seçərəm. Əsas planım ölkədə bakalavr təhsilimi başa vurduqdan sonra xaricdə təhsil almaqdır. Əslində, əvvəldən xaricdə oxumaq istəyirdim. Sadəcə, özüm əvvəlcə burada bakalavr təhsili almaq istədim ki, ölkəmizə faydam olsun və gələcəkdə daha yaxşı imkanlar yaransın. Bu yolda ilk növbədə anam, atam və bacılarım mənə çox dəstək oldular. Daha sonra dostlarım və müəllimlərim də yanımda oldular".

 

Alı qeyd edib ki, o qədər çox oxumaq yerinə keyfiyyətli oxumaq lazımdır:

 

"Fənlər arasında biraz düşündürücü və vaxt aparan informatika fənni idi. Sözün düzü, II mərhələnin qeydiyyatından keçmişdim. Yəqin ki, imtahana daxil olmayacağam. Yəni dəqiq deyil. Yüksək bal toplamaq istəyənlərə tövsiyə edirəm ki, çox çalışsınlar. Çünki zəhmət heç zaman yerdə qalmır. Ona görə də düşünürəm ki, az oxuyub, öz oxumaq lazımdır".

ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR
Son xəbərlərDaha çox