Keçən gün II və III ixtisas qrupları üzrə imtahan zamanı iştirakçılardan biri əvəzinə başqa bir şəxsin imtahana daxil olması cəhd edilib.
Maraqlıdır ki, həmin abituriyenti hüquqi çərçivədə hansısa cəza gözləyir?
Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Soruğumuza cavab olar bildirib ki, bu mövzu ilə bağlı araşdırma aparıldıqdan sonra müvafiq qərar qəbul edilə bilər.
"Lakin həmin abituriyent qəbul imtahanının ikinci cəhdində müsabiqədə iştirak etmək hüququnu itirib və nəticələri ləğv olunub. Məsələ ilə bağlı daha ətraflı araşdırma aparılacaq".
Qeyd edək ki, keçdiyimiz gün II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirak edib.