Azedu.az

Magistraturaya qəbul: Çətin sual yox, hazırlıqsız tələbə var

İmtahanlar

Tələbələr

Universitetlər

Magistratura

13 May 2025, 11:25
Magistraturaya qəbul: Çətin sual yox, hazırlıqsız tələbə var

Bu il magistraturaya qəbul imtahanının birinci və ikinci mərhələləri arasında çətinlik fərqi olduğu deyilir. Bəs bu fərq real idimi, yoxsa tələbələrin ikinci mərhələyə kifayət qədər hazırlaşmaması ilə əlaqədardır?

 

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev öz fikirlərini bölüşüb.

 

Ekspertin sözlərinə görə, bu il də magistraturaya iki mərhələdə - yəni iki cəhd formasında həyata keçirilən qəbul prosesində birinci cəhd ümumi səviyyə baxımından əvvəlki illərlə demək olar ki, eyni olub:

 

Sualların çətinlik dərəcəsində ciddi bir fərq müşahidə olunmayıb. Nəticələr də bunu təsdiqləyir. bBllar təxminən əvvəlki illərlə uyğun idi, yalnız cüzi fərqlər qeydə alındı.Nəticələr elan edilmədən öncə konkret fikir söyləmək çətindir. Bununla belə, sosial şəbəkələrdə iştirakçıların fikirləri birmənalı deyil. Bəziləri imtahanın çətin olduğunu, digərləri isə daha asan keçdiyini bildirirlər".

 

Həmsöhbətimizin fikrincə bu fərqlilik əsasən iştirakçıların hazırlıq səviyyəsindən qaynaqlanır:

 

“İmtahana ciddi hazırlaşanlar üçün suallar əlçatan görünə bilər. Lakin səhlənkar və hazırlıqsız yanaşanlar üçün eyni suallar çətinlik yaradıb. Yəni imtahanın çətinliyi ilə bağlı qiymətləndirmə birbaşa şəxsi hazırlıq səviyyəsinə bağlıdır. Müəllimlər və biliyinə güvənən şəxslər ikinci cəhdin də birinci ilə müqayisədə o qədər də çətin olmadığını deyirlər. Plan yerlərinin artması da ikinci cəhdin nisbətən daha asan olacağı ehtimalını gücləndirirdi. Dəqiq və obyektiv nəticə yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatları açıqlanandan sonra məlum olacaq", - deyə ekspert fikrini tamamlayıb.

 

Zeynəb Rzayeva

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox