Azedu.az

Birinci cəhddə iştirak etməyənlər ikinciyə girə biləcək? - DİM

İmtahanlar

Dövlət İmtahan Mərkəzi (DİM)

6 May 2025, 09:10
Birinci cəhddə iştirak etməyənlər ikinciyə girə biləcək? - DİM

Bəzi abituriyentlər müxtəlif səbəblərə görə qəbul imtahanının birinci cəhdində iştirak üçün qeydiyyatdan keçə bilməyiblər. Bu isə bir çoxlarının “birinci cəhd olmadan ikinci imtahanda iştirak mümkündürmü?” sualını gündəmə gətirib.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) AzEdu.az-a məlumat verib.

Bildirilib ki, birinci cəhdə qatılmayan abituriyentlər üçün də ikinci imtahanda iştirak hüququ nəzərdə tutulur:

“İkinci qeydiyyat imtahanı başlayan zaman abituriyentlər ixtisas qrupu seçərək imtahanda iştirak edə bilərlər".

Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdinə 91886 nəfər qeydiyyatdan keçib.

Parad öncəsi Ukraynadan ŞOK HÜCUM - Moskva vurulur
Son xəbərlərDaha çox