“Buraxılış imtahanı nəticələri ötən illə eynidir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, buraxılış imtahanında məzunların nəticələri keçən illə müqayisədə təxminən eyni vəziyyətdə idi:
"Azərbaycan dilindən nəticələr daha da yaxşılaşıb, riyaziyyat keçən ilki vəziyyətlə eynidir, xarici dil isə keçən ilki vəziyyətə bənzəyir”.