Azedu.az

Psixoloq: Valideynlər uşaqlıq arzularını övladlarına yükləməməlidir

İmtahanlar

Tələbə və şagird

20 Fevral 2025, 09:42
Psixoloq: Valideynlər uşaqlıq arzularını övladlarına yükləməməlidir

Abituriyentlərin buraxılış imtahanlarına sayılı günlər qalıb. Bu müddətdə onların həyəcana qapılması qaçılmazdır. Əslində, bu emosional dövrü anlamaq çətin deyil. Lakin bəzi valideynlər öz övladlarına necə yanaşmalı olduqlarını tam anlamır və bunun nəticəsində gərginlik yarana bilir.

 

Xüsusilə, uşaqlarının özlərinin əldə edə bilmədikləri uğurları, övladlarından istəməyə çalışan valideynlər çoxdur. Bu da abituriyentlərə psixoloji təsir göstərir. Maraqlıdır, belə bir həssas dönəmdə valideynlər övladlarına necə yanaşmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Uzman Psixoloq, Psixoterapevt, Qərbi Kaspi Universiteti “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova bildirib ki,imtahanlar abituriyentlərin gələcəyi üçün mühüm addımdır və bu məqamda həyəcanlanmaları təbii haldır:

155246

"Bəzi valideynlər, öz uşaqlıq arzularını övladlarına yüklədikdə, bu, uşağın psixoloji vəziyyətinə mənfi təsir edə bilər. Çünki valideynin öz arzusunu övladına "sırıması" uşağın maraqlarını, istəklərini və qabiliyyətlərini kəşf etməsinə mane ola bilər. Uşaq, valideyninin arzusunu yerinə yetirməyə çalışarkən özünü "yad" hiss etməsi mümkündür.

 

Həmçinin, valideynin yüksək gözləntiləri və təzyiqi, uşaqda stress və narahatlıq yarada bilər. Uşaq, valideyninin gözləntilərini qarşılamağa çalışaraq daima gərginlik yaşayacaq, bu da onun özünə inamını azaldacaq. Valideynin öz arzusunu övladına zorla qəbul etdirməyə çalışması, aralarındakı münasibətləri zədələyə bilər. Uşaq valideyninin onu anlamadığını və dəstəkləmədiyini hiss edə bilər.

 

Psixoloqun sözlərinə görə, övlad gələcəkdə valideyninin arzusunu yerinə yetirə bilməyəcəyi qorxusu ilə qarşılaşa bilər. Bu qorxu, uşağın özünə inamını azaldar və nəticədə uğursuzluğa gətirib çıxara bilər. Davamlı təzyiq və stress altında olan uşaqda isə depressiya, təşviş pozuntuları, yuxu problemləri kimi psixoloji çətinliklər yarana bilər.

 

Valideynlər öz uşaqlıq arzularını övladlarına yükləməkdən çəkinməlidirlər. Bunun əvəzinə, onların maraqlarını, istəklərini və qabiliyyətlərini kəşf etmələrinə kömək etməli və onları şərtsiz şəkildə sevməlidirlər. Valideyn və övlad arasındakı münasibət etibara, qarşılıqlı hörmətə və sevgiyə əsaslanmalıdır. Uşaqlarının xoşbəxtliyi və sağlamlığı ən önəmli məqsəd olmalıdır. Bu məqsədə çatmaq üçün valideynlər onların dəstəkçisi olmalı, övladlarını anlamağa çalışmalı və onların fərdi xüsusiyyətlərini nəzərə almalıdırlar".

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox