Azedu.az

Hər kəsin tələbə olmasına şans yaradılacaq - PROQNOZ

İmtahanlar

16 Yanvar 2025, 16:33
Hər kəsin tələbə olmasına şans yaradılacaq - PROQNOZ

Xəbər verdiyimiz kimi, regionlarda ali təhsil müəssisələrinə qəbulda plan yerlərinin artırılması hədəflənir. Hətta Qarabağ Universitetində tələbə qəbulu məhz 2 dəfə artırılacaq.

 

Bəs görəsən, plan yerlərinin artması balların enməsinə səbəb ola bilərmi?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, bu il universitetlərə qəbulda balların enəcəyini düşünmürəm:

 

“Ali məktəblərdə plan yerlərinin artırılması tələbə qəbulunda balların enməsinə səbəb olmayacaq. Sadəcə imtahan suallarının daha asan olacağını və bu səbəbdən də plan yerlərinin dolacağını düşünürəm. Ola bilsin ki, qəbulda altqruplar üzrə toplanmış minumum, maksimum bal tələbləri aradan qaldırılsın ki, tələbələr rahatlıqla universitetə qəbul ola bilsinlər”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox