Azedu.az

Abituriyentlər üçün sınaq imtahanları: Fayda və zərərlər

İmtahanlar

7 Noyabr 2024, 12:08
Abituriyentlər üçün sınaq imtahanları: Fayda və zərərlər

Bu gün ali məktəbə hazırlaşan bir çox abituriyent, müxtəlif hazırlıq kurslarında hər ay təşkil olunan sınaq imtahanlarında iştirak edir. Ancaq bəzi valideyn və abituriyentlərin fikrincə sınaq imtahanlarına görə pul vermək gərəksizdir.

 

Maraqlıdır ki, abituriyentlərin davamlı şəkildə sınaq imtahanlarında iştirakı vacibdirmi?

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, qəbul imtahanından çətin və ya daha asan tərtib olunan sınaq imtahanlarının fəsadları var:

148715

"Sınaq imtahanlarında iştirakın vacibliyi vurğulanmalıdır. Belə imtahanlar abituriyentin qəbul imtahan prosesinə adaptasiya olmasına, təcrübə toplamasına şərait yaradır. Əsas məsələlərdən biri də abituriyentdə 3 saatlıq imtahan vaxtından düzgün istifadə etməsi vərdişləri formalaşır”.

 

R.Fikrətoğlu qeyd edib ki, abituriyentlər çox vaxt 3 saatdan düzgün istifadə edə bilmədiklərindən şikayətlənirlər:

 

“Bu baxımdan sınaq imtahanlarında abituriyentin iştirakı vacibdir. Bundan əlavə, sınaq imtahanları abituriyentin bilik səviyyəsini də qiymətləndirir. Amma qəbul imtahanından çətin və ya daha asan tərtib olunan sınaq imtahanın fəsadları var. Çünki belə sınaq imtahanından yüksək nəticə göstərdikdə abituriyentdə özünəinam, aşağı nəticə göstərdikdə isə motivasiya düşkünlüyü müşahidə olunur. Buna görə də bütün kursların təşkil etdiyi sınaq imtahanlarında iştirak məcburi deyil. Araşdırılmalı və daha çox Dövlət İmtahan Mərkəzinin qəbul səviyyələrini əhatə edən sınaq imtahanlarına gedilməlidir.

 

Yaxşı olardı ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaqlarda iştirak etsinlər. Lakin DİM-in təşkil etdiyi sınaq imtahanları az olduğu üçün özünü doğrultmuş kursların sınaqlarında da iştirak etməyi tövsiyə edirəm”.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox