Azedu.az

Abituriyentlər üçün proqnoz: "Növbəti il imtahan nəticələri yaxşı olacaq"

İmtahanlar

Buraxılış İmtahanları

15 Oktyabr 2024, 12:42
Abituriyentlər üçün proqnoz: "Növbəti il imtahan nəticələri yaxşı olacaq"

Bu il keçirilən buraxılış və qəbul imtahanlarının asan təşkil olunması abituriyentlərin nəticələrinə müsbət mənada təsirini göstərib.

 

Bəs, görəsən, 2025-ci ildə də buraxılış imtahanlarının asanlıq səviyyəsi necə olacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) qeyd edib ki, bu il abituriyentlərin yüksək nəticə göstərməsi bir növ 2019-cu ildən bu günə qədər kurikulum tədris proqramına artıq adaptasiya olması ilə də əlaqələndirilə bilər:

 

“2024-cü ildə keçirilən buraxılış imtahanlarında abituriyentlər yüksək nəticə göstərə bildilər. Şagirdlər artıq kurikulum sisteminə alışıblar. Bununla yanaşı, imtahan suallarının bir qədər səviyyə baxımdan əlçatan olması abituriyentlərin ümumi nəticələrinə təsir göstərdi.

 

Belə ki, bu il 53 nəfər buraxılış imtahanından maksimal nəticə əldə edə bildilər. Qarşıda gələn buraxılış imtahanlarında isə abituriyentlərin nəticəsinin builki kimi, hətta daha yaxşı olacağını ehtimal edirik”.

 

Ekpert bildirib ki, gələn il imtahan suallarında dəyişikliklər olmasa, abituriyentlər builki nəticələri təkrarlaya bilərlər:

 

“Hazırda 11-ci siniflərin buraxılış imtahanı modelində hansısa dəyişiklik olacağı gözlənilmir. Bu da o deməkdir ki, imtahan iştirakçılarının ballarına təsir edən amil sualların tərtibatı olacaq. Əgər sualların quruluşunda dəyişiklik olarsa, o zaman ballara da təsirsiz ötüşməyəcək. Əks halda yüksək nəticələr gözləniləndir”.

 

Həmsöhbətimiz vurğulayıb ki, abituriyentlərin yüksək nəticə göstərmələri onların hazırlıq səviyyəsindən asılıdır:

 

“Abituriyentlərin hazırlıq səviyyəsi ildən ilə dəyişir. Əlbəttə ki, abituriyentlər daha çox dərslərinə diqqət ayırsalar, günün müəyyən saatı sırf hazırlıqlarına yönəlsələr, o zaman nəticələr daha da yaxşı ola bilər.

 

Son dövlər müşahidə edirik ki, abituriyentlər informasiya texnologiyalarına daha çox vaxt sərf edirlər və bu onların ümumi nəticələrinə mənfi mənada təsir göstərir. Əgər abituriyentlər günün müəyyən hissəsini dərslərinə sərf edərlərsə, o zaman nəticələrinin daha yaxşı olacağı danılmazdır”, - deyə ekspert fikrini tamamlayıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox