Azedu.az

Sabunçuda qətl olub, yeniyetmə saxlanılıb 

Hadisə

21 Oktyabr 2025, 16:47
Sabunçuda qətl olub, yeniyetmə saxlanılıb 

Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

AzEdu.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox