Azedu.az

ABŞ-də yol qəzası: 9 azyaşlı yaralanıb

Hadisə

19 Oktyabr 2025, 11:47
ABŞ-də yol qəzası: 9 azyaşlı yaralanıb

ABŞ-nin Merilend ştatında baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.

AzEdu.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC News" məlumat yayıb.

Belə ki, Bladensburq yaşayış massivində avtomobilin çadıra çırpılması nəticəsində 9-u azyaşlı olmaqla 11 nəfər xəstəxanalıq olub. Qəza nəticəsində iki qadın da yaralanıb.

Qeyd olunub ki, yeni doğulmuş körpənin və bir azyaşlı qızın vəziyyəti ağırdır. Digərləri ciddi xəsarətlər alsalar da, həyatları üçün təhlükə yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox