Azedu.az

Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib

Hadisə

12 Oktyabr 2025, 11:23
Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib

Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə xəstəxanaya yerləşdirilib.

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, körpənin zirzəmiyə atılması ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.

Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox