Azedu.az

Lənkəranda yol qəzasında 2 azyaşlı, 2 tələbə xəsarət alıb

Hadisə

10 Oktyabr 2025, 10:22
Lənkəranda yol qəzasında 2 azyaşlı, 2 tələbə xəsarət alıb

Lənkəranda yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. "VAZ-2106"nın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox