Azedu.az

Gəncədə yeniyetmə qətlə yetirilib - YENİLƏNİB

Hadisə

8 Oktyabr 2025, 15:07
Gəncədə yeniyetmə qətlə yetirilib - YENİLƏNİB

Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum olub.

AzEdu.az xəbər verir ki, 2009-cu il təvəllüdlü V.R.-i 2007-ci il təvəllüdlü R.Cəfərov bıçaqlayaraq qətlə yetirib.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

 

13:34

Gəncədə qətl hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, 2009-cu il təvəllüdlü yeniyetmə oğlan bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı
Son xəbərlərDaha çox