Azedu.az

Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü

Hadisə

10 Avqust 2025, 08:55
Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

AzEdu.az-ın məlumatına görə, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. 

Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, yaxınlarının paylaşdığı məlumata görə, Aydan bir ay əvvəl Pekin Universitetində magistr təhsilin bitirib qayıtmışdı.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox