Azedu.az

Qazaxda beşaylıq körpə qəfil öldü

Hadisə

21 İyul 2025, 10:17
Qazaxda beşaylıq körpə qəfil öldü

Qazaxda uşaq ölümü faktı qeydə alınıb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

Belə ki, 2025-ci il təvəllüdlü L.Məmmədovun yaşadığı evdə qəfil vəziyyəti pisləşib.

Beşaylıq körpəyə yardım göstərilməyə çalışılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, körpənin ürəyində problem olub.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox