Azedu.az

Bakıda yol qəzası - Yeniyetmə xəsarət alıb

Hadisə

19 İyul 2025, 09:28
Bakıda yol qəzası - Yeniyetmə xəsarət alıb

Bakıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

AzEdu.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Hikmət İskəndərovun idarə etdiyi "VAZ 21011" markalı avtomobilin yol kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox