Azedu.az

21 yaşlı gənc qətlə yetirildi - şübhəli saxlanıldı

Hadisə

6 İyul 2025, 08:43
21 yaşlı gənc qətlə yetirildi - şübhəli saxlanıldı

Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirməkdə şübəli bilinən şəxs saxlanılıb.

AzEdu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İ.Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 20 yaşlı E.İsmayılov saxlanılıb.

Xatırldadaq ki, hadisə Xoşbulaq kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.

Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səylərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox