Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, hadisə Muğanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Fəryad İbrahimovun idarə etdiyi KIA markalı, 77-BD-413 dövlət nömrə nişanlı avtomobil Muğanlı kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarında dayanan 10-GC-596 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobilə çırpılıb.
Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb, sərnişini 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, eləcə də KIA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıblar.