Azedu.az

14-cü mərtəbədən yıxılan 17 yaşlı qız sağ qaldı

Hadisə

3 İyul 2025, 11:02
14-cü mərtəbədən yıxılan 17 yaşlı qız sağ qaldı

Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb.

AzEdu.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib.

2008-ci il təvəllüdlü Z.M. həmin küçədəki 60 saylı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.

Xəstəxanaya yerləşdirilmiş Z.M.-in vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox