Gəncədə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.
AzEdu.az xəbər verir ki, xəsarət alanlar Şəmkir rayonu Sabirkənd kənd sakinləridir. Məlumata görə, onlar orta məktəb müəllimləridir, Gəncə şəhərinə imtahan vermək üçün gəliblər.
İyunun 25-də saat 14:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, 4 nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıb.
"Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır", - məlumatda deyilir.