Azedu.az

Beyləqanda yanğın zamanı xəsarət alanlar arasında yeniyetmələr var

Hadisə

14 İyun 2025, 11:38
Beyləqanda yanğın zamanı xəsarət alanlar arasında yeniyetmələr var

Gecə saatlarında Beyləqan rayonun bazarında baş verən yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənənlər olub.

AzEdu.az xəbər verir ki, yanğının söndürülməsinə cəhd edən şəxslərdən 2004-cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman sol ayağın 1-ci barmağının kəsilmiş yarası, 1984-cü il təvəllüdlü, Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş-cırılmış yarası, Hacızadə Sənay sol qolun mismarla cırılmış yarası ilə xəsarət alıblar.

2005-ci il təvəllüdlü Əlizadə Rəşad Habil oğlu, Behbudova Şəfiqə Əsgər qızı (1972), Baxışlı Əyyub Arif oğlu (1992), Yunisov Ramiz Ramil oğlu (2001), Kazımov Ceyhun Əli oğlu (1986), Şirinov Arif Rövşən oğlu (2020), Bayramov Nihad Elməddin oğlu (2005), Bəhrəmli Kamran Əli oğlu (1995), Məmmədov Fəzail Əbil oğlu (1982), Behbudov Niyazi Qaraca oğlu (1970), Mehdiyev Elgün Zöhrab oğlu (2005), Balakişiyev İbadət Samir oğlu (1985), Əlizadə Vüqar Ramil oğlu (2007) tüstü zəhərlənməsi ilə Beyləqan mərkəzi xəstəxanasına yerləşdiriliblər. Müraciət edənlərə tibbi müdaxilələr edilib.

Hazırda faktla bağlı aidiyyatı qurumların araşdırması aparılır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox