Azedu.az

Şəmkirdə biri yeniyetmə olmaqla iki nəfər bıçaqlanıb

Hadisə

13 İyun 2025, 17:25
Şəmkirdə biri yeniyetmə olmaqla iki nəfər bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaq xəsarəti ilə xətəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, iyunun 12-də saat 15:40 radələrində iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: "Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Qarının ön divarının sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədənin zədələnməsi diaqnozu ilə əməliyyat olunun 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Sol gicgah nahiyəsinin dəri və dərialtı toxumasının kəsilmiş yarası, dərialtı hematoma diaqnozu təyin edilən 2007-ci il təvəllüdlü şəxsin isə vəziyyəti stabildir".

Şəmkir rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Fazil Qəribov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox