Azedu.az

İranın 6 nüvə alimi öldürülüb

Hadisə

13 İyun 2025, 10:04
İranın 6 nüvə alimi öldürülüb

İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb.

AzEdu.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.

Bildirilib ki, bu hücum İranın elmi potensialına və texnoloji inkişafına ciddi zərbə vurmaq məqsədi daşıyıb. Çünki sözügedən alimlər ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb və beynəlxalq elmi dairələrdə tanınmış mütəxəssislər olub.

“Məhəmmədmehdi Tehranci İran Azad Universitetinin rektoru və nüvə fizikası sahəsində tanınmış alim idi. Feridun Abbasi isə əvvəllər İranın Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsində çalışıb və 2010-cu ildə ona qarşı sui-qəsd cəhdi olub”, - məlumatda qeyd edilib.

 

 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox