Azedu.az

Şəmkirdə qəza: Müəllim ölüb, oğlu və həmkarı yaralanıb

Hadisə

11 İyun 2025, 12:18
Şəmkirdə qəza: Müəllim ölüb, oğlu və həmkarı yaralanıb

Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

AzEdu.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.

Onun övladı 2021-ci il təvəllüdlü Əli İsmayılov və sürücü, 2001-ci il təvəllüdlü Ş.Huseynova xəsarət alıb.

Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.

11:54

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox