Gəncə şəhərində bıçaqlandığı ehtimal edilən yeniyetmənin son vəziyyəti açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, iyunun 5-i, saat 18:40-da 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol kürək və bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası (daxilə keçməyən) diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
"Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
09:08
Dünən Gəncədə 15 yaşlı oğlanı bıçaqlayan həmyaşıdı saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AzEdu.az-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü R. İ. saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün Gəncədə 15 yaşlı Ümid Əsgərov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
İlkin məlumata görə, Ü. Əsgərov dostu tərəfindən bıçaqlanıb.