Azedu.az

Mingəçevirdə iki azyaşlını maşın vurdu - YENİLƏNİB

2 İyun 2025, 19:41
Mingəçevirdə iki azyaşlını maşın vurdu - YENİLƏNİB

Mingəçevirdə KIA markalı avtomobillə vurulan piyadalar - 2008-ci il təvəllüdlü Ədalət Nəzərli və Murad Məmmədov məktəbli imiş.

AzEdu.az xəbər verir ki, 11-ci sinif şagirdləri ali məktəbə sənəd veriblər və hadisə zamanı hazırlıqdan gəlirmişlər.

Abituriyentlər yolu keçərkən "KIA" markalı avtomobil idarəetməni itirərək onları vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

 

17:47

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hərəkətdə olan "Kia" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 2008-ci il təvəllüdlü Ədalət Nəzirli və 2008-ci il təvəllüdlü Murad Məmmədlini vurub.

Xəsarət alan şəxslərin vəziyyətləri hələ ki, məlum deyil.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox