İtaliyada Etna vulkanının üzərində bir neçə kilometr yüksəkliyə nəhəng vulkanik kül buludu qalxıb.
AzEdu.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat verib.
Qeyd olunur ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssislərinin ilkin fərziyyələrinə görə, buna səbəb piroklastik axın (yüksək temperaturlu vulkan qazları, kül və qaya parçalarının qarışığı) nəticəsində vulkanın kraterinin cinahlarından birinin çökməsi olub.