Azedu.az

Gəncə-Daşkəsəndə bu qədər gənc müəllim çalışır - SAY

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

10 Oktyabr 2025, 09:06
Gəncə-Daşkəsəndə bu qədər gənc müəllim çalışır - SAY

Cəmiyyətin inkişaf tempinə uyğun olaraq təhsil sektorunda da gənc mütəxəssislərin rolu durmadan artır. Bu baxımdan 25-30 yaş aralığında olan müəllimlərin fəaliyyəti xüsusi diqqət mərkəzindədir. Belə ki, bu yaş kateqoriyasına daxil olan təhsilverənlər adətən, təzə ali məktəb məzunları və ya iş fəaliyyətinin ilk mərhələsində olan müəllimlərdir. Onların peşəyə yanaşması, motivasiya səviyyəsi və ixtisas seçimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

Maraqlıdır, yaş həddi 25-30 arasında olan müəllimlərin ümumi sayı nə qədərdir?

Mövzu ilə bağlı AzEdu.az Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində ümumtəhsil məktəblərdə yaş həddi 25-30 arasında olan ümumilikdə 755 müəllim fəaliyyət göstərir:

Belə ki, onlardan 257-i Gəncə, 172-ı Goranboy, 112-ı Daşkəsən, 107-ı Göygöl, 101-ı Samux, 6-ı isə Naftalan şəhər ümumi təhsil müəssiələrində çalışır. Həmçinin 25-30 yaş aralığında müəllimlərdən 184 nəfəri kişi, 571 nəfəri isə qadındır".

Qeyd edək ki, ölkə üzrə təxminən 300 minə yaxın təhsilverən fəaliyyət göstərir.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox