Azedu.az

Müəllimlərə ikinci iş yeri imkanı - qeydiyyat başladı

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

23 İyun 2025, 11:10
Müəllimlərə ikinci iş yeri imkanı - qeydiyyat başladı

Yalnız Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərmək istəyən müəllimlər üçün qeydiyyat prosesi başlanıb.

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, namizədlər yalnız 1 vakant yer seçə bilərlər.

Tələblər:

Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışmaq;

Əsas iş yeri üzrə ümumi dərs yükünün 14 saatdan artıq olmaması;

Sertifikatlaşdırma üzrə ən azı 85% nəticə;

Sertifikatlaşdırma keçirilməyənlər üçün DQ və ya MİQ nəticəsi – ən azı 85%.

1 vakant yerə 1 nəfərdən artıq namizəd olduğu halda seçim ardıcıllığı sertifikasiya nəticəsi ən yüksək olan namizədə, sertifikatlaşdırma prosesində iştirak etməyən namizədlərdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin) nəticəsi ən yüksək olan müəyyən olunur. Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblərdə çalışanların həvəsləndirmə tədbirləri tətbiq edilməyən məktəblərdə ikinci iş yerində çalışmasına icazə verilmir. Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər seçim edə bilərlər.

Vakansiya siyahısı: //docs.google.com/.../1Id8vqau9Ri9ZF9y_NJ.../edit...

Qeydiyyat://docs.google.com/.../1gtKE7y_MVSKBbMcFVO.../edit

Qeyd edək ki, son qeydiyyat tarixi: 27 iyun saat 18:00-dır.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox