Azedu.az

Müəllimlər görünməz qəhrəmanlardır

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

5 Oktyabr 2024, 09:54
Müəllimlər görünməz qəhrəmanlardır

"Həm öyrədən, həm də öyrənən kimi deyə bilərəm ki, müəllim olduğum üçün çox şanslıyam".

 

Bu fikri AzEdu.az-açıqlamasında  Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktor müavini, ingilis dili müəllimi, "İlin gənc müəllimi" Leyla Camalzadə qeyd edib.

 

O, bildirib ki, peşələrin içərisində ən nadiri müəllimlik sənətidir:

 

"Çünki bütün peşələrin müəllimi, yəni öyrədəni vardır. Müəllimlik peşəsi şərəfli olmaqla yanaşı, eyni zamanda məşəqqətli və fədakar bir peşədir. Həmçinin, müəllim bir şamtək əriyərək bütün şagirdlərini işıqlandırır. Sanki müəllim mağaraya sızan kiçik bir şüadır. Bir yerdə bir ümid işığı görürsə, müəllim onu daha da böyüdüb günəşə çevirir. Müəllim şagirdin qaranlığındakı işığı görür və onun əlindən tutaraq aydınlığa aparır. Əgər həyatında doğru müəllimə rast gəlirsənsə, bu o deməkdir ki, sən artıq 1-0 irəlidəsən. Müəllim fırtınalarla savaşanda şagirdinə arxa-dayaqdır. 

 

Bu gün müəllim sadəcə öyrədən deyil, müəllim eyni zamanda bələdçidir, öyrədərkən öyrənəndir. 

 

Sertifikasiyaya hazırlaşan müəllimlər özünü olduğu mərtəbədən olmaq istədiyi mərtəbəyə aparanlardır. 

 

Son dövrlərdə ölkəmizdə təhsilverənlərin keyfiyyətinin artırılması məqsədilə sertifikatlaşdırma imtahanı keçirilir. Bu imtahan nəticəsində müəllimlərimiz daha da inkişaf etmiş və təkmilləşmiş olurlar. Sertifikatlaşdırmanın məqsədi müəllimlərin daha yaxşı təhsil sistemi ilə şagirdlərə öyrətməsidir. Əslində, keyfiyyətin artırılması, güclü təhsil sisteminin qurulması yönündə aparılan islahatlar çoxdur.

 

Ən çox inkişaf təhsil sahəsindədir. Xüsusən bu müəllimlərin inkişafında özünü daha qabarıq formada təqdim edir. Bu gün müəllimlər yüzlərlə təlimə cəlb olunurlar. Həmçinin, hazırda müəllimlər ənənəvi formadan interaktiv formaya keçid alıblar. Onlar bu gün normalarla deyil, standartlarla fəaliyyətlərini davam etdirirlər. Həmin standartların ən başlıcası şəxsiyyətyönümlü şagird yetişdirməkdir. Müəllim bu gün bilikli vətəndaş deyil, eyni zamanda səriştəli vətəndaş da yetişdirir".

 

 

Həmsöhbətimiz vurğulayıb ki, ötən illərlə müqayisədə müəllimlərin inkişafına xüsusi diqqət ayrılır:

 

"Belə ki, müəllimlər mübadilə proqramları vasitəsilə xaricə göndərilir. Beynəlxalq platformalar vasitəsilə xaricdəki həmkarlarla məkdaşlıq edirlər. Bu gün müəllimlər çox asanlıqla beynəlxalq mükafata layiq görülürlər. 

 

Hazırki dövrdə müəllim olmaqla yanaşı, tələbə olan yüzlərlə müəllim var. Bu onu göstərir ki, müəllimlər öz üzərində çalışaraq əlavə təhsil alırlar. Müəllimlərə özünü inkişaf etdirmək üçün bütün şəraitlər yaradılıb. Həmçinin, təhsilverənlərin məktəbə yanaşması da fərqlidir. Onlar məktəbə sadəcə vəzifəsini icra etmək üçün deyil, bir şagirdin həyatını xilas etmək üçün gəlir. Bəli, müəllimlər görünməz qəhrəmanlardır. Müəllimin haqqı ona görə ödənməzdir ki, dərs dediyi hər şagirddə özündən bir parça buraxır".

 

L.Camalzadə söyləyib ki, sevindirici faktorlardan biri də odur ki, müəllimin etik davranış qaydalarının bu il təkmilləşmiş forması qüvvəyə mindi:

 

"Müəllim nüfuzunun ön plana çəkilməsi, həmin nüfuza xələl gətirəcək hər hansı bir hərəkətlərin mütləq şəkildə qarşılığının veriləcəyi və yalnış hadisələrdə tədbirlərin görüləcəyi birmənalı şəkildə bildirildi. 

 

Həm öyrədən, həm də öyrənən kimi deyə bilərəm ki, müəllim olduğum üçün çox şanslıyam. Vəzifəmdən, mövqeyimdən, yerimdən və zamanımdan asılı olmayaraq bu dünyada ən çox müəllim olmağı sevirəm".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox