Dövlət İmtahan Mərkəzi 29 iyun 2025-ci il tarixində Naxçıvanda inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirib.
AzEdu.az-a bu barədə DİM-dən məlumat verilib.
İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 147 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 7 nəfər, BB2 altqrupu üzrə 7 nəfər, BB3 altqrupu üzrə 14 nəfər, BB4 altqrupu üzrə 19 nəfər olmaqla, ümumilikdə 47 namizəd uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 30 iyundan 11 iyul saat 18:00-dək //eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-in Naxçıvan Regional Bölməsinə təqdim etməlidir.
Qeyd edək ki, imtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 30 iyun, 1 və 2 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsində fəaliyyət göstərəcək.