Azedu.az

Dövlət qulluğu üzrə imtahan keçiriləcək

Dövlət qulluğu

21 İyun 2025, 14:27
Dövlət qulluğu üzrə imtahan keçiriləcək

29 iyun 2025-ci il tarixində keçiriləcək BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Mərkəzdən bildirilib ki, imtahan Naxçıvan şəhərində keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır. 

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox