Azedu.az

Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində çatışmazlıqlar var

Dövlət qulluğu

22 Aprel 2025, 12:11
Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində çatışmazlıqlar var

“Həm Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinatı məsələsində çatışmazlıqlar var. Orqan rəhbərlərinin xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən şəxsləri müqavilə əsasında işdə saxlayır”.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu gün müsabiqədə yüksək nəticə əldə edən şəxslər müsahibədə müqaviləli işçilərə uduzur: “Ömrünü dövlət qulluğuna hazırlaşmağa həsr edən Azərbaycan gənci bu səddi aşa bilmir. Ehtiyat kadrların təyinatı məsələsində 2 illik müddət bir daha gözdən keçirilməlidir. DİM-ə səlahiyyət verilsin ki, harada vakansiya varsa, gənclər həmin vəzifələrə göndərilsin”.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
Son xəbərlərDaha çox