Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.
Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahan 3 saat davam edəcək. İmtahanı Dövlət İmtahan Mərkəzinin saytından canlı izləmək olar.